İtaliyada zəlzələ oldu

İtaliyada zəlzələ oldu
Hadisə 05-02-2025 - 13:47

İtaliyada 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Neapol şəhərinin qərbində yerləşən Kampi Fleqrey bölgəsi olan zəlzələnin ocağı 2,7 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olub.

Zəlzələ Neapolun müxtəlif bölgələrində, xüsusən də binaların yuxarı mərtəbələrindəki mənzillərdə hiss olunub, əhali arasında təşviş yaradıb. Bəzi bölgələrdə məktəblərdə tədris dayandırılıb. İnsan tələfatı və dağıntı olmayıb.

PAYLAŞ: