İsveç milli yığmamızı məğlub etdi

İdman
19-11-2024 - 21:55
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün VI tur oyununa çıxıb.
Ajans.az xəbər verir ki, Fernandu Santuşun yetirmələri Stokholmda İsveçin qonağı olub.
“Friends” arenada baş tutacaq görüşə saat 23:45-də start verilib.
Görüş millimiz üçün acınacaqlı keçib. İsveç yığması 6 cavabsız qolla komandamızı darmadağın edib.
Azərbaycan yığması 6 oyundan sonra 1 xalla qrup sonuncusu olub.