İstanbulda yanğın BAŞ VERDİ

İstanbulda yanğın
İstiqlal küçəsi
Hadisə 17-02-2025 - 14:52

İstiqlal küçəsində yerləşən restoranın mətbəxində yanğın baş verib.

Ajans.az xəbər verir ki, tez bir zamanda söndürülən yanğın ərazidə vahiməyə səbəb olub.

Saat 11.30 radələrində Asmalı Məscit məhəlləsində İstiklal küçəsində yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranda naməlum səbəbdən yanğın baş verib. Yanğını görən əməkdaşlar yanğınsöndürənlərə xəbər veriblər.

Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.

Yanğınla bağlı araşdırmalar davam edir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: