İsrailin hücumu nəticəsində Livanda ölənlərin sayı artır

İsrailin hücumu nəticəsində Livanda
Gündəm 16-11-2024 - 20:36

İsrailin Livanın cənub və şərq bölgələrinə aviazərbələri mülki əhali arasında itkilərə səbəb olub.

Ajans.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Mərkəzi məluma yayıb.

“Bekaa bölgəsində Əl-Hreyba kəndindən 6 nəfərin öldüyü barədə məlumat daxil olub. Zərbə məcburi köçkünlərin yaşadığı yaşayış binasına dəyib. Ölənlərin hamısı eyni ailənin üzvləridir. Üçü uşaq olmaqla daha beş nəfər isə şəhəri yaxınlığındakı Ayn Qana kəndinə hava hücumu zamanı həlak olub”, - məlumatda deyilir.

PAYLAŞ: