İsraildə İranın casus şəbəkə üzvləri SAXLANILDI
İsrail polisi İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“İsrail təhlükəsizlik xidmətləri İranın casus şəbəkəsini üzə çıxardı, Tehran israilliləri casusluğa cəlb etməyə çalışdı. İki azyaşlı da daxil olmaqla yeddi israilli İranın iki kəşfiyyat agenti tərəfindən onlara məlumat toplamaq üçün yüzlərlə tapşırıq verildiyi məlum olduqdan sonra həbs olundu”, – deyə, agentlik bildirib.
İsrail polisinin məlumatına görə, ölkənin təhlükəsizliyinə ciddi ziyan dəyib. Materialın müəllifləri əlavə edib ki, İsrail prokurorluğu yaxın günlərdə ittiham aktı verəcək.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi qeyd edib ki, hazırda Təl-Əvivdən İsrailin İranın nüvə infrastrukturuna zərbələri ilə bağlı real təhlükə var. Tehranın bununla bağlı narahatlığı Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) və BMT Təhlükəsizlik Şurasına ünvanlanmış rəsmi şikayətdə öz əksini tapıb.