İsrail hökuməti qərar verdi: Kütləvi hücum başlayır - İranın bu əraziləri VURULACAQ
İran ötən gün İsrailə qarşı böyük miqyaslı raket hücumu həyata keçirdi. "True Promise 2" adlanan əməliyyat zamanı İran İslam İnqilab Keşikçiləri Korpusu (IRGC) 181 ballistik raket ataraq İsraili hədəf aldı.
Bu hücum İran tərəfindən martın əvvəlində Həmas lideri İsmail Həniyyə və Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq "özünümüdafiə" kimi təsvir olundu. Raketlər İsrailin Nevatim və Tel Nof hərbi bazalarını, eləcə də Təl-Əvivin şimalında yerləşən Mossad qərargahı yaxınlığını hədəf aldı.
Hücuma baxmayaraq, İsrailin hava müdafiə sistemi raketlərin əksəriyyətini uğurla tutdu, ciddi ziyan olmadan hücumun qarşısını aldı. Hücum nəticəsində yalnız bir nəfər, 38 yaşlı Fələstinli vətəndaş Jericho yaxınlığında raket qalıqlarının düşməsi nəticəsində həlak oldu. İsrail Baş Naziri Benjamin Netanyahu isə bu hücumu "böyük səhv" adlandıraraq, İranın bunun qarşılığını alacağını vurğuladı. ABŞ da bu hücumu qınayaraq İranın hərəkətlərinə qarşı "ağır nəticələr" olacağını bildirmişdi.
Maraqlıdır, İsrail yaxın günlərdə hansı addımları atacaq? Hərbi cavab olacağı təqdirdə, bu, regionda gərginliyi necə artıracaq?
Məsələ ilə bağlı danışan politoloq Oqtay Qasımov Ajans.az-a açıqlamasında bildirib ki, hazırda İsrailin İranın son hücumuna necə cavab verəcəyini konkret söyləmək çətindir, lakin İsrailin regional təhlükəsizliyini qorumaq üçün keçmişdə göstərdiyi hərbi mövqeyi nəzərə alsaq, İsrailin cavab hücumu ehtimalı yüksəkdir:
“İsrail İran arasında davam edən gərginlik keçən ilin oktyabr ayından yeni mərhələsinə daxil olub. HƏMAS-ın İsrailə hücumundan sonra İsrail birmənalı şəkildə bəyan etdi ki, HƏMAS-ın Qəzza bölgəsinədki hərbi qanadını məhv edəcək. Hazırda çox ciddi addımlar atılır və İsrail HƏMAS-ın hərbi qüvvələrinin 4/3-nü sıradan çıxarıb. Sadəcə olaraq İsrail hazırda İranla birbaşa savaş aparmaqda maraqlı deyil. Çünki İsrail hesab edir ki, ilk öncə onun ətrafında yerləşən və İran tərəfindən yaradılmış təhdidləri aradan qaldırsın. Hazırda İsrail hökuməti İrana birbaşa zərbi endirmək barədə qərar qəbul edib. ABŞ da bunun əleyhinə deyil.
Politoloq qeyd edib ki, hazırda taktiki məsələlərlə bağlı bəzi fikir ayrılıqları var, çünki ABŞ İranın nüvə obyektlərinin vurulmasını istəmir. Onun sözlərinə görə, İsrail höküməti İranın İsrailə son hücumundan sonra İrana zərbələr endirmək üçün legitim əsaslar əldə etdi deyə bilərik:
Oqtay Qasımov
“İsrail İrana birbaşa zərbələr endirəcək, amma bunun zamanını demək çətindir. Hazırda İsrailin əsas məqsədi İranın uzantıları olan bəzi təşkilatları sıradan çıxarmaqdır. Bunlara HƏMAS, Hizbullah və digərləri aiddir. İsrail ilk növbədə Livan ərazisində təxminən 20 km-lik buffer zonası yaratmaq əsas hədəfidir. Yəməndəki Husi qruplaşmasına zərəbələr endirilməsi də plandadır, həmin ərazi bir dəfə də vurulub”.
Oqtay Qasımov əlavə edib ki, İsrail artıq İranda vurulacaq strateji hədəfləri də müəyyən edib. İlk növbədə SEPAH-ın bəzi hərbi bazaları vurula bilər. Bundan başqa İranın bəzi neft anbarları vurula bilər. İsrail İrana elə bir zərbə vurmağı düşünür ki, bir dövlət kimi onların can damarlarına ciddi şəkildə təsir etsin.