İspaniyadan İsrailə ağır zərbə!
İspaniya Daxili İşlər Nazirliyi İsrailin “Guardian LTD İsrael” şirkəti ilə 6,5 milyon avro dəyərində sursat alqı-satqısı müqaviləsini ləğv edib.
Ajans.az xəbər verir ki, hökumət Qəzzadakı münaqişə səbəbindən İsrailə silah satmamaq öhdəliyinə sadiqdir. Çünki
İspaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada deyilir:
“İspan hökuməti Qəzzada silahlı qarşıdurma başlayandan bəri İsrail dövlətinə silah satmamaq öhdəliyini saxlayır. Sursatla bağlı Daxili İşlər Nazirliyi satınalmanın ləğvi üçün inzibati prosedur başlatdı. Sözügedən bütün İsrail şirkətləri də gözlənilən tenderlərdən kənarda qalacaq”.