İşə düzəltmək adı ilə 36 min manat ələ keçirdi
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfəri işə düzətmək adı altında 36 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 58 yaşlı E.Qasımov saxlanılıb.
Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.