İrəvana uçan təyyarə məcburi eniş etdi

İrəvana uçan təyyarə
Gündəm 17-01-2025 - 21:53

İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Mineralnıye Vodı hava limanında məcburi eniş edib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.

Eyni zamanda, Zvartnots hava limanının mətbuat katibi Lusine Moqrovyan “Sputnik Ermənistan”a açıqlamasında təyyarənin “Red Wings” aviaşirkətinə məxsus olduğunu bildirib.

Uçuş Mineralnıye Vodıdan İrəvana həyata keçirilməli idi.

PAYLAŞ: