İranlı nazirə qarşı impiçment elan edildi

İran Məclisi ölkə Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilən açıq iclasda iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatiyə qarşı impiçment elan edib.
Ajans.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb.
Qanunverici orqanın sədri Məhəmməd Bagir Qalibafın verdiyi məlumata görə, iclasda iştirak edən 273 parlamentaridən 182-si nazirin vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verib. İran qanunlarına əsasən, bu vəzifəni yaxın üç ay ərzində müvəqqəti icra edən nazir tuta bilər.
Qeyd edək ki, İran parlamenti fevralın 19-da Hemmatiyə qarşı impiçment proseduruna başlayıb. Əsas səbəb kimi milli valyutanın bazar məzənnəsinin rekord səviyyədə aşağı düşməsi göstərilir.