İranda axır çərşənbə faciəsi: 15 ölü, 3276 yaralı

İranda axır çərşənbə faciəsi:
axır çərşənbə
Dünya 19-03-2025 - 11:49

İranda ilin axır çərşənbə gecəsində keçirlən şənliklərdə 15 nəfər həyatını itirib, 3276 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki. Bu barədə “Mehr” Agentliyinin məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, İranda Novruzdan əvvəl ilin axır çərşənbə gecəsi keçirilən “Çərşənbə Suri” şənlikləri bu il də ölümcül xarakter alıb.

Müşahidələrə görə, xüsusilə uşaq və gənclər çərşənbə tonqalının üstündən tullanmaq, atəşfəşanlıq etmək və partlayıcı fişənglər yandırmaq kimi hərəkətlər zamanı ehtiyatsızlığa yol verirlər.

İranda Novruz martın 20-si cümə axşamı günü başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: