Ukraynada hərbi vəziyyət rejimi yenə uzadıldı

Dünya
14-01-2025 - 09:38
Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya səfərbərlik və hərbi vəziyyətin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini təqdim edib.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc edib.
Bildirilir ki, hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti 8 fevral 2025-ci il tarixindən 8 may 2025-ci il tarixinədək uzadılır.