İran orbitə yeni rabitə peyki buraxacaq

Gündəm
16-02-2025 - 21:53
İran 40 kiloqramlıq "Navak" rabitə peykinin orbitə buraxılması ilə geosinxron orbitə doğru böyük addım atır.
Ajans.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
"Təkmilləşdirilmiş “Simurq” daşıyıcı raketindən istifadə edilməklə buraxılacaq missiya İranın kosmik sənayesində mühüm mərhələdir və ölkənin kommunikasiya imkanlarının inkişafında sıçrayış deməkdir. Onun əsas vəzifəsi peyki tezliklə elliptik orbitə çıxaracaq optimallaşdırılmış “Simurq” daşıyıcısının funksionallığını sınaqdan keçirməkdir",- məlumatda deyilir.
Oxşar xəbərlər
Əhalini son vaxtlar ən çox narahat edən məsələ: 1 dəqiqəlik "Bakı kart" - SƏBƏB NƏDİR?
Gündəm06:53 / 19-12-24