İran ABŞ-yə xəbərdarlıq etdi - TƏCİLİ

İran ABŞ-yə xəbərdarlıq etdi -
Dünya 25-10-2024 - 23:58

İran Xarici İşlər Nazirliyi ABŞ-ın üçüncü ölkə (İsveçrə səfirliyi) vasitəsilə göndərdiyi fövqəladə mesajda bildirib ki, yanacaq doldurmaq və İsrailin hücumunu dəstəkləmək üçün istifadə edilən istənilən ABŞ bazası İranın cavab zərbələri üçün qanuni hədəf olacaq.

Ajans.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun sosial şəbəkələrdə dərc olunan mesajında ​​deyilir.

Qeyd edək ki, İsrailin İrana hücumuna hazırlıq fonunda ABŞ bölgəyə əlavə F-16-lar yerləşdirib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: