"iPhone"dan kütləvi ŞİKAYƏTLƏR: Sönür, daha sonra da...

"iPhone"dan kütləvi ŞİKAYƏTLƏR:
Maraqlı 19-10-2024 - 18:55

“Iphone” 16 sahibləri kütləvi şəkildə cihazdakı problemlərdən şikayət ediblər.

Ajans.az xəbər verir ki, bu barədə “MacRumors” portalı forumlarda şəbəkə istifadəçilərinin çoxsaylı şikayətlərinə istinadən məlumat yayıb.

Problemlər barədə xəbərlər smartfonun satışının başlandığı andan gəlməyə başlayıb və demək olar ki, bir ay sonra da gəlməyə davam edir. “iPhone” 16 sahiblərinin sözlərinə görə, cihaz gündə 20 dəfə kortəbii olaraq yenidən işə düşür. Bu vəziyyətdə problem təsadüfi olaraq ortaya çıxır, əvvəlcə ekran toxunuşlara cavab verməyi dayandırır, sonra isə yenidən işə düşməyə başlayır.

“iOS” 18.0.1 və “iOS” 18.1 yeniləmələri problemdən qurtulmağa kömək etməyib. Hətta yeni proqram təminatı quraşdırdıqdan sonra da görünməkdə davam edir. Bəzi zərərçəkənlər “Apple” ilə əlaqə saxlayıb problemlər barədə məlumat veriblər, bundan sonra onlar zəmanət altında yeni smartfonlar alıblar. Lakin problem yenə təkrarlanıb. Bu şikayətlərin əksəriyyəti “iPhone 16 Pro” və “iPhone 16 Pro Max”ın işləməsi ilə bağlı olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: