İngilis həkim ağladı: “Dronlar gəlirdi və uşaqları vururdu”
Bu sözləri Qəzzada bir ay xidmət göstərən ingilis həkim Nizam Mamodi söyləyib.
Ajans.az xəbər verir ki, Nizam İngiltərə Parlamentində bir ay ərzində Qəzzada yaşadıqları və gördükləri barədə danışarkən çətin anlar yaşayıb. O göz yaşlarını saxlaya bilməyib: "Hər gün dronlar gəlirdi, uşaqları və sivilləri vururdu. Gündə10-20 ölü, 20-40 arası yaralı olurdu. İngiltərədə adi bir xəstəxanaya bir ayda gələn xəstə və ölü sayını biz Qəzzada bir gün içində görürdük".