İmamoğlu ilə birlikdə saxlanılan Ercan Saatçi azadlığa buraxıldı

Dünya
23-03-2025 - 10:53
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan türkiyəli müğənni Ercan Saatçi azadlığa çıxıb.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, istintaq çərçivəsində saxlanılan Ahmet Palazoğlu və Alihan Aydın da sərbəst buraxılıb.
Qeyd edək ki, E.Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı səbəbə görə saxlanılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.