Bu ölkədə matəm günü elan EDİLDİ

Bu ölkədə matəm günü
Kuba
Dünya 20-01-2025 - 13:00

Kubanın hakimiyyət orqanları yanvarın 20-ni Holqin əyalətində sursat partlaması nəticəsində həlak olan hərbçilər üçün matəm günü elan edib.

Ajans.az xəbər verir ki, bu barədə ölkə prezidenti Migel Diaz-Kanel Bermudes X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Holqvin hərbi bölgəsinin hərbi materiallarının saxlandığı tikintidə həlak olan igid əsgərlərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik”, - deyə nəşr bildirib.

Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi qəzeti “Qranma” yanvarın 7-də səhər saatlarında Kubanın Melones kəndində silah və sursat anbarında baş vermiş partlayış nəticəsində 13 əsgərin itkin düşdüyünü yazıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: