İlham Əliyevin adından Şərifin şərəfinə ziyafət verildi

Fevralın 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Ziyafətdə Azərbaycan və Pakistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.