İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyəyə səfər edəcək.
Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun bildirib.
O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.
F.Altun vurğulayıb ki, Ankarada Prezident Sarayında gerçəkləşəcək görüşlərdə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq bağlarının daha da gücləndirilməsi üçün atıla biləcək addımlar, eləcə də aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində, həmçinin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan canlı bağlantı ilə İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasiminə qatılacaqlar.
Qeyd edək ki, kəmərin təməlini dövlət başçıları 2023-cü il sentyabrın 25-də birlikdə qoyublar.