İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Gündəm
05-03-2025 - 18:01
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.
Ajans.az xəbər verir ki, məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva martın 5-də Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə oxuyub.