İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik etdi

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini
Gündəm 06-12-2024 - 18:07

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.

Ajans.az xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli cənab Prezident,

    Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.

    Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.

    İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.

    Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

    PAYLAŞ: