İki maşını toqquşdu, xəsarət alan var - FOTO

İki maşını toqquşdu,
Gündəm 05-03-2025 - 21:56

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası olub.

 Ajans.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" ilə "Hyundai" markalı minik maşını toqquşub. Qəzadan sonra avtomobilərin biri yol kənarındakı ağaca çırpılıb. Nəticədə 1999-cu il təvəllüdlü Sadiq Ələkbərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: