İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal oldu

İcra Hakimiyyəti ilə keçmiş işçisi
Gündəm 27-01-2025 - 22:55

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş işçisi Amid Hüseynzadə qurumu məhkəməyə verib.

Ajans.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Amid Hüseynzadə bir müddət əvvəl işdən çıxarılıb. Lakin o rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa tələbi ilə məhkəməyə üz tutub.

Amid Hüseynzadənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılır. Mayın 13-nə iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilib.

İslas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.

PAYLAŞ: