HƏMAS nümayəndələri bu ölkəyə rəsmi səfər etdi

HƏMAS nümayəndələri bu ölkəyə
Gündəm 27-01-2025 - 23:29

Fələstin HƏMAS hərəkatının Siyasi Büro üzvlərinin də daxil olduğu nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə rəsmi səfər edib.

Ajans.az xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında məlumat verilib.

“HƏMAS-ın Şurasının (HƏMAS-ın məşvərət orqanı) sədri Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyəti Qahirəyə rəsmi səfərə gəlib”, - məlumatda deyilir.

Nümayəndə heyətinə HƏMAS-ın danışıqlar qrupunun lideri Xəlil əl-Heya, hərəkatın xaricdəki rəhbəri Xalid Məşəl, İordan çayının qərb sahilindəki radikal qolun lideri Zaher Cabarin, eləcə də bir sıra digər üzvləri daxildir. Həmas siyasi bürosu.

PAYLAŞ: