Hava şəraitinə baxmayaraq qatarlar qrafik üzrə hərəkətini davam etdirir

Hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq, qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Məlumatda deyilir ki, qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
Sərnişinlərə anlayışları üçün təşəkkür edir, rahat və təhlükəsiz səfərlər diləyirik.