Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

Hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq
Gündəm 13-12-2024 - 18:15
 954

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Ajans.az-a Agentliyin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, sabahdan Cəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək.

Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 3-4 m.-ə, sonrakı inkişafda isə 6-8 m.-ə çatacağı proqnozlaşdırılır.

PAYLAŞ: