“Harris ermənipərəstdir, həmçinin...” – Vətəndaş ABŞ-ni yıxdı sürüdü!

Bildiyimiz kimi, sabah artıq ABŞ-də prezident seçkiləridir. İki namizəd Kamala Harris və Donald Tramp prezidentlik uğrunda yarışır. Sorğulara əsasən Harris daha öndədir.
Bəs, Amerika xalqı seçkilər barədə nə düşünür?
Məsələ ilə bağlı Ajans.az-a özəl açıqlama verən ABŞ vətəndaşı Daniel Villiams bildirib ki, PR strategiyalarına çox da aldanmamalıyıq:
“Başqa ölkələrdəki insanlar Harris və ya Trampın marketinq kampaniyalarına baxırlar və elə bilirlər ki, onlar ABŞ-ni qəhrəmancasına xilas edəcək. Elə bir şey yoxdur. Məsələn, mən Harrisə səs verdim. Amma səs verməyimin səbəbi başqa çarəmin olmaması idi. Çünki biri pisdir, digəri ondan da pisdir. Hər ikisi də müharibəni dəstəkləyir. Digər bir məsələ odur ki, Kamala Putinə nifrət edir, Ermənistanı dəstəkləyir. Yəni siyasi məsələlər çox qarışıqdır. Söz verib ki, guya, İsrail-Qəzza müharibəsinə son qoyacaq. Yaxşı, bunu necə bacaracaq? Hansı strategiyalarla buna nail olacaq? Sadəcə danışırlar, amma ortada heç nə yoxdur. Tək problem də bu deyil.
Siz bilirsiniz ki, ABŞ dünyanın ən çox miqrant qəbul edən ölkəsidir. Amma Kamala seçilsə, miqrantları qəbul edəcəyinə inanmayın. Böyük ehtimal ki, sadəcə təhsil, iş və s. rəsmi yollarla gələnlər burada qala biləcək. Qalan siyasi, hərbi,meksika yolu ilə gələn və ya başqa qaçqınların aqibəti hələ məlum deyil.
Həmçinin Amerikadakı sağlamlıq və sağlamlıq sığortası məsələləri də qarışıqdır. Tibb burada ən bahalı şeydir. Həkimlərə düşmək olmur. Dövlətin pulsuz xəstəxanalarına aylarca əvvəldən növbə götürməlisən. Harris gəlsə, kasıb təbəqənin də sağlamlıq xidmətlərindən pulsuz yararlanmasına icazə verəcək? Çətin!
Həqiqətən deyirəm, gördüyünüz hər şeyə inanmayın. Sadəcə reklamdır. İkisi də bir-birindən betərdir. Hansı seçilir seçilsin, bizə bir xeyri olmayacaq. Uzağı ilk 3-4 ay super “layihələr” həyata keçirəcəklər. Amma daha sonrakı aylarda irəliləyiş gözləmirəm”.