Hamiləlikdən qorunma həbləri qızı ÖLÜMƏ SÜRÜKLƏDİ - SƏBƏB

Hamiləlikdən qorunma həbləri qızı
Hadisə 15-10-2024 - 20:54

17 yaşlı Lauren Cin bir gecə bədəninin sağ tərəfinin iflic olduğunu aşkar edib.

Ajans.az xəbər verir ki, qızın hekayəsini “The Sun” danışıb.

İspaniyada tətildə olarkən gecə yuxudan oyanan Cin bədəninin sağ yarısını hərəkət etdirə bilmədiyini anlayıb. Ayağa qalxmağa çalışıb və ordaca yıxılıb. Daha sonra isə valideynləri səs-küyə qaçıb. Qız nə hərəkət edə, nə də danışa bildiyi üçün valideynləri həkimləri çağırıb.

Cin helikopterlə xəstəxanaya aparılıb və orada təcili əməliyyat olunub. Məlum olub ki, qızda qan laxtası əmələ gəlib, beyinə daxil olub və insult keçirib. Həkimlər qan laxtalanmasının səbəbinin doğuşa nəzarət həbləri olduğunu bildiriblər. Qız ağır menstruasiyanı idarə etmək üçün onları 13 yaşından bəri içib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: