Gürcüstandakı etirazlarda Makronun “qulaqlar"ı görsənir - PREZİDENT

Gürcüstandakı etirazlarda Makronun “qulaqlar"ı görsənir -
Prezident İlham Əliyev
Gündəm 18-12-2024 - 13:04

Gürcüstanda Qərb dövlətləri tərəfindən maliyyələşdirilən minlərlə qeyri-hökumət təşkilatı var və Tbilisidəki etirazlar Fransanın izini göstərir.

Ajans.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

“Yenə Fransa Prezidenti Emmanuel Makronun qulaqları çölə çıxır. Yaxşı, insan öz ölkəsində otura bilməz, o, mütləq Gürcüstana girməlidir?”, - Dövlətimizin başçısı Gürcüstan paytaxtında baş verən iğtişaşları şərh edib.

Qeyd edək ki, Fransa prezidenti mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün Gürcüstanın bütün siyasi qüvvələrini dialoqa çağırıb . O, həmçinin ölkənin Avropa istəklərinə uyğun bir yolun olduğuna ümid etdiyini bildirib.

Bundan başqa, Makron ölkədəki gərginliyin aradan qaldırılmasında öz köməyini hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının qurucusu Bidzina İvanişviliyə təklif edib. Müvafiq təklif Fransa liderinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı səsləndirilib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: