Gürcüstanda yeni prezident bu üsulla seçiləcək - Tarixdə İLK

Gürcüstanda yeni prezident bu üsulla seçiləcək -
Gürcüstan
Dünya 13-12-2024 - 13:11

Sabah Gürcüstanda prezident seçkiləri keçiriləcək.

Ajans.az xəbər verir ki, Gürcüstan tarixində ilk dəfə prezident xalq tərəfindən deyil, Seçicilər Kollegiyası tərəfindən seçiləcək.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib ki, Seçicilər Kollegiyasının 300 üzvündən 211-i hakim “Gürcü Arzusu” partiyasının üzvüdür.

Onun sözlərinə görə, prezidentin seçicilər kollegiyası tərəfindən seçildiyi Amerika-Almaniya prezidenti seçmə üsuluna bənzəyir:

“Kollegiya 300 üzvdən ibarətdir, onlardan 150-si Gürcüstan parlamentinin üzvləridir, qalan 150-si isə aşağıdakı prinsipə əsasən təşkil olunur – Acarıstan Ali Şurasının 21 üzvü, Abxaziya Ali Şurasının 20 üzvü və əvvəlki seçkilərin nəticələrinə proporsional olaraq bölünən şəhər şuralarının nümayəndələrinin 109 üzvü. Seçicilər kollegiyasının 300 üzvündən 211-i “Gürcü Arzusu”nun, ümumilikdə 69 üzvü müxalifətin, 20-si isə Abxaziya Ali Şurasının üzvüdür”

Spiker qeyd edib ki, səsvermə sabah saat 09:00-dan 14:00-dək parlamentin iclas zalında keçiriləcək və prosesə MSK rəhbərlik edəcək. Səsvermə açıq keçiriləcək.

Hakim “Gürcü Arzusu” bu posta 53 yaşlı Mixeil Kavelaşvilinin namizədliyini irəli sürüb.

“Xalq Gücü” partiyasının üzvü Quram Maçaraşvili bildirib ki, Mixail Kavelaşvili xarici güclərə deyil, ölkənin maraqlarına xidmət edən prezident olacaq: “Mən əminəm ki, Mixeil Kavelaşvili Gürcüstanın prezident institutuna yanaşmasını dəyişəcək prezident olacaq. Təəssüf ki, Gürcüstanın son iki prezidenti arasında Gürcüstanın yox, xarici güclərin maraqlarına xidmət edənlər olub”, deyə Maçaraşvili əlavə edib.

Hazırkı prezident Salome Zurabişvili seçkilərin qeyri-legitim olduğunu, bu səbəbdən prezident olaraq qalacağını bəyan edib.

PAYLAŞ: