Gürcüstan parlamentinin sədri Azərbaycan xalqına başsağlığı verdi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Ajans.az xəbər verir ki, bu barədə Papuaşvili öz X sosyal şəbəkəsində paylaşım edib.
“Böyük ürək ağrısı ilə “Azərbaycan Hava Yolları”nın təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına baş sağlığı verirəm. Kədərinizə şərikik, yaralıların tezliklə sağalmasını arzulayırıq” - deyə Şalva Papuaşvili "X" sosial şəbəkəsində qeyd edib.