Gürcüstan bu qanunla bağlı vəsatəti RƏDD ETDİ
Gürcüstanın Konstitusiya Məhkəməsi respublika prezidenti Salome Zurabişvilinin xarici agentlər haqqında qanunun fəaliyyətinin dayandırılması ilə bağlı müraciətini rədd edib.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məhkəmədə baxılması üçün yekun qərar çıxarılana kimi iddiaçının vəsatəti təmin edilməyib. Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstanda xarici agentlər haqqında qanun ölkədə inqilab cəhdləri fonunda qəbul edilib .
Qeyd edək ki, Gürcüstan parlamenti may ayında xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Sənəd gəlirlərinin 20 faizindən çoxunu xaricdən əldə edən qeyri-kommersiya hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin xüsusi reyestrinə daxil edilməsini nəzərdə tutur.