Günəşdə güclü partlayış oldu

Günəşdə M sinfinə aid güclü partlayış qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, partlayış fevralın 17-də Moskva vaxtı ilə saat 18:13-də (Bakı vaxtı ilə 19:13) baş verib. Eentgen diapazonunda 16 dəqiqə davam edən M1.1 partlayışı olub.