“Grey's Anatomy”nin ulduzu sağalmaz xəstəliyə DÜÇAR OLDU

“Grey's Anatomy”nin ulduzu sağalmaz xəstəliyə
Şou Biznes 11-04-2025 - 17:44

Amerikalı aktyor Erik Deyn ona amiotrofik yanal skleroz diaqnozu qoyulduğunu açıqlayıb.

Ajans.az xəbər verir ki, onun sözlərini “People” nəşri sitat gətirib.

"Sevgili ailəm yanımda olduğu üçün minnətdaram. İşləməyə davam edə bildiyim üçün xoşbəxtəm və çəkilişlərə qayıtmağı səbirsizliklə gözləyirəm”, - deyə “Euphoria” və “Grey's Anatomy” serialındakı rolları ilə tanınan 52 yaşlı aktyor bildirib.

Yanal amiotrofik skleroz (ALS) mərkəzi sinir sisteminin sağalmaz degenerativ xəstəliyidir və zaman keçdikcə iflic və əzələ zəifləməsinə gətirib çıxarır. Xəstələr yavaş-yavaş gəzmək, yemək yemək və hətta müstəqil nəfəs almaq qabiliyyətini itirirlər. Məlumdur ki, ALS təxminən 100 min nəfərdən 2-3-də rast gəlinir. İngilis alimi Stiven Hokinq bu xəstəlikdən əziyyət çəkirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: