Gözdən əlil cütlük 4 gün oğullarının öldüyünü anlamadı - Qandonduran hadisə
Hindistanda yaşayan gözdən əlil olan 60 yaşlı Kaluva Ramana və yeriməkdə çətinlik çəkən 65 yaşlı Şantikumara Kumari 4 gün 30 yaşlı oğulları Pramodun ölümünü dərk edə bilməyib.
Ajans.az xəbər verir ki, hadisə evdən gələn pis qoxu eşidən qonşuların polisə müraciət etməsi ilə üzə çıxıb. Polis cütlüyü oğlunun çürümüş cəsədi ilə birlikdə tapıb. Pramodun spirtli içki aludəçisi olduğu və həyat yoldaşının iki qızı ilə evi tərk etdiyi bildirilib.
60 yaşlı Kaluva Ramana və 65 yaşlı Şantikumara Kumari oğulları Pramodun ölümündən sonra yemək və su istəsələr də, cavab almayıblar. Cütlük yeriyə bilmədiyi üçün qonşularından da kömək istəyə bilməyib.
“Times of India” qeyd edib ki, polis Pramodun valideynlərinə yemək verdikdən sonra yuxuda öldüyünü ehtimal edir. Ölümün dəqiq səbəbi yarılmadan sonra məlum olacaq. Polis cütlüyün hazırda şəhərin başqa bir yerində yaşayan böyük oğulları Pradeeplə birlikdə qaldığını və lazımi dəstəyi aldıqlarını açıqlayıb.