Göyçədə ZİL qayalara çırpıldı və aşdı: erməni hərbçilər…

Gündəm
16-02-2025 - 18:31
Ermənistanın Göyçə mahalında “Zil 131” markalı yük maşını yolun hərəkət hissəsindən çıxaraq qayalara çırpılıb və aşıb.
Ajans.az xəbər verir ki, qəza nəticəsində yük maşınının sürücüsü hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb.
Əraziyə yaxınlıqdakı hərbi hissənin yüksək rütbəli və vəzifəli hərbçiləri gəlib.
Qeyd edək ki, ölən və yaralanan şəxslərin hərbçi olduğu bildirilir.