Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alan var

Goranboyda minik avtomobili aşıb,
Gündəm 03-04-2025 - 23:37

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Ajans.az xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü S. Rzayev ölüb, 1987-ci il təvəllüdlü S. Tağıyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: