Gənc atletimiz rekorda imza ATDI

Gündəm
27-01-2025 - 15:55
Gənc atlet İlahə Quliyeva Azərbaycan rekorduna imza atıb.
Ajans.az xəbər verir ki, idmançımız atletika üzrə Bakı qış çempionatında fərqlənib.
O, 400 m məsafəyə qaçışda 20 yaşadək qızlar arasında qapalı məkanlar üçün ən yüksək nəticə göstərib.
Qeyd edək ki, İlahə finişə 56.50 saniyəyə çatıb.