Daha bir təyyarə qəzası: Ölənlər var

Gündəm
29-12-2024 - 16:35
BƏƏ sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyinin məlumatında deyilir.
Bildirilib ki, Təyyarə “Əl-Cəzirə” aviaklubuna məxsus olub. Təyyarə Ras əl-Xeymə əmirliyi sahillərində qəzaya uğrayıb.
Məlumatda pilotun və onun köməkçisinin həlak olduğu deyilir.
Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.