Goranboyda 65 yaşlı kişini avtomobil vuraraq öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü M. Bayramovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.