Generalın öldürülməsində ABŞ də iştirak edib?
“Birləşmiş Ştatlar bundan əvvəldən xəbərdar olmayıb və iştirak etməyib”.
Ajans.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı Departamentin mətbuat konfransında və Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi İqor Kirillovun ölümü ilə nəticələnən Moskvada partlayışla bağlı suala cavab olaraq bildirib.
"Mənim bununla bağlı heç bir qiymətləndirməm yoxdur. Mən sizə deyə bilərəm ki, Birləşmiş Ştatlar bundan qabaqcadan xəbərdar olmayıb və iştirak etməyib. Aydındır ki, Kirillov bir sıra hadisələrdə iştirak etmiş general idi. O, Ukrayna hərbçilərinə qarşı kimyəvi silahdan istifadədə də iştirak edib”, - Miller bildirib.