Gəncədə dəhşətli YANĞIN

Gəncədə dəhşətli
yanğın
Hadisə 06-03-2025 - 17:52

Gəncədə ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın başlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Fövəqladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, FHN-in  “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: