YELO BANKDAN "müştəri məmnuniyyəti" - ÇƏNƏSİNİ SINDIRDILAR

“Yelobank”ın Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək ona xəsarətlər yetirməsi haqqında məlumat yayılıb.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc paylaşım edib.
O iddia edib ki, filial müdiri Vüqar Mirzəzadə xidmətin gecikməsinə görə irad bildirən müştərini vuraraq çənəsini sındırıb. Vəkilin sözlərinə görə, məsələ ilə bağlı cinayət işi də açılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır: “Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.