Azərbaycanda 17 yaşlı yeniyetmə öldürüldü

Hadisə
13-03-2025 - 19:02
Yevlaxda qətl hadisəsi baş verib.
Ajans.az Apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev ölüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarətləri alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Cavidan Mirzəzadə
Vəzifəsi: