Gədəbəydə ağır qəza - Ölən var

Gədəbəydə ağır qəza -
Qəza
Hadisə 31-10-2024 - 18:44
 193

Gədəbəy rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

Ajans.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ərtəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində “QAZ53” markalı avtomobil dərəyə yuvarlanıb. Bu zaman 1975-ci il təvəllüdlü Məzahir Bağırov həyatını itirib. Avtomobildə olan 31 yaşlı Kamil Allahyarov isə ağır yaralanıb. 

PAYLAŞ: