Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Füzulidə maşın traktorla toqquşdu -
qəza
Hadisə 19-02-2025 - 11:14
 1755

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Alxanlı kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə 1997-ci il təvəllüdlü Əmrah Məhərrəmovun idarə etdiyi “Belarus 892” markalı traktor toqquşub.

Hadisə nəticəsində “Mercedes Benz”də olan sərnişin 2023-cü il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: