Füzulidə 5 otaqlı ev yandı

Hadisə
10-03-2025 - 09:50
Füzulidə 5 otaqlı ev yanıb.
Bu barədə Ajans.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Babı kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 235 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.