FTB terakt olduğunu təsdiqləmədi, mer isə əksini deyir

FTB terakt olduğunu təsdiqləmədi,
Gündəm 01-01-2025 - 18:59

Federal Təhqiqatlar Bürosu Yeni Orleanda baş verən hücumu terror aktı kimi qiymətləndirməyib.

Ajans.az xəbər verir ki, bu barədə FTB nümayəndəsi Aleta Dankan açıqlama verib.

O bildirib ki, xüsusi xidmət orqanı hələlik hadisəni terror aktı kimi təsdiqləmir.

Şəhərin meri Latoya Kantrell isə avtomobilin piyadaların üzərinə sürülməsini terror aktı kmi qiymətləndirib.

Qeyd edək ki, ABŞ-ın Yeni Orlean şəhərində naməlum şəxs avtomobilini insan izdihamının üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

PAYLAŞ: