Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Dünya
15-02-2025 - 09:23
Fransanın Lil şəhərində polis məktəbinin kursantı barın qarşısında avtomobillə 5 nəfərə xəsarət yetirib.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, kursant sərxoş olduğu üçün bardan çıxarılıb.
O isə bir müddət sonra geri qayıdaraq qisas məqsədi ilə avtomobili barın qarşısında dayananların üzərinə sürüb.
Məlumata görə, xəsarət alan 5 nəfərdən birinin vəziyyəti ağırdır. Hadisəni törətməkdə təqsirləndirilən kursant həbs edilib.